9 Aprel, 2014
Ukrayna ordusu hərbi təlimlərə başladı

Ukrayna ordusunun artilleriya briqadaları yeni hərbi təlimlərə başlayıblar. Simsar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumata görə, müəyyən olunmuş rayonlarda hərbi qulluqçular mühəndis istehkamı, döyüş tapşırığı və bir sıra əmrləri yerinə yetiriblər. Qeyd edək ki, Ukrayna ordusu son vaxtlar ölkə miqyasında geniş hərbi təlimlər keçirir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!