5 Mart, 2011
Bulvarda gənclərin kütləvi davası

Bir nəfər yaralanıb

Martın 5-nə keçən gecə Dənizkənarı Milli Parkda kütləvi dava baş verib. 

Səbael rayon Polis İdarəsindən Simsar.az-a verilən məlumata görə, saat 01:30 radələrində parkın ərazisində bir neçə gənc arasında düşən davada bir nəfər ağır yaralanıb.

Belə ki, Laçın rayon sakini, 1970-ci il təvəllüdlü Əhmədov Eldar Əhməd oğlu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun qarın və bud nahiyələrində bir neçə bıçaq yarası olub. Dərhal E.Əhmədov əməliyyat olunub.

İlkin dindirmə zamanı bıçaqlanan şəxs tanımadığı şəxslərin hücumuna məruz qaldığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!