5 Mart, 2011
Bir hakim getdi, üçü cəza aldı və qaldılar

Fikrət Məmmədov mübarizə tədbirlərinin sərtliyini rəqəmlərlə açıqladı

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Simsar.az-ın şuranın internet saytına istinadən xəbər verdiyi məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən tədbirdə ölkə prezidenti İlham Əliyevin korrupsiyaya qarşı qəti mübarizənin aparılması ilə bağlı tələbləri vurğulanıb, korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verdiklərinə görə 17 hakim barədə intizam icraatlarının başlanılması, o cümlədən 8 nəfərin səlahiyyətlərinə xitam verilməsi və ya aşağı işə keçirilməsi qeyd edilib.

Həmçinin, iclasda Şuranın Korrupsiyaya qarşı mübarizə sektoru tərəfindən aparılmış araşdırmalar nəticəsində 3 hakim barədə başlanılmış intizam icraatlarına baxılıb, insan haqlarının kobud pozulması, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr yaradılması, süründürməçilik və digər nöqsanlara yol verilməsi ilə əlaqədar Gədəbəy rayon məhkəməsinin hakimi Hüseyn Hüseynovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hakimi Marif Kazımovun intizam qaydasında iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilib, Mingəçevir şəhər məhkəməsinin sədri Fərhad Əfəndiyevə töhmət verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!