5 Mart, 2011
Demokratiyaya nümunə ölkədə kəskin bahalaşma

Gürcüstan barədə pis xəbər

Gürcüstanda qiymətlər artmaqda davam edir və əsasən istehlak məhsulları bahalanır.

Standartlaşdırma üzrə dövlət qurumu hələlik fevral ayı üçün məlumatları açıqlamasa da, ötən ayların tendensiyası vəziyyət barədə aydın təsəvvür yaradır. Son 7 ildə istehlak səbətini təşkil edən əsas məhsulların qiyməti bu qədər yüksək olmayıb.

Standartlaşdırma üzrə dövlət qurumunun rəhbəri Zaza Çelidze deyir ki, ötən ilki 12.3%-lik inflyasiyanın 10%-dən çoxu ərzaq məhsullarının payına düşüb:

«Yaşayış minimumu 152 lari 70 tetridir. Bu, son 7 ildə maksimal göstərici hesab olunur, yaşayış minimumu heç vaxt belə yüksək olmamışdı. Yaşayış minimumunun hesablanması istehlak səbəti vasitəsilə aparılır. Bu səbətə təxminən 40 adda qida məhsulları daxildir. Ötən il bu minimum 128 lari idisə, bu il fərq çox böyükdür».

İnflyasiyanın artması istehlak mallarının qiymətinin də bahalanması ilə müşayiət olunur. Ölkə rəhbərliyi bahalanmaya qarşı müəyyən tədbirlər görür. Bunu prezidentin sözçüsü Manana Macqaladze KİV nümayəndələri üçün keçirilən brifinq zamanı deyib:

«Hökumətin böhran əleyhinə proqram üzərində işi davam edir. Əhaliyə yardım elektrik enerjisi və ərzaq vauçerlərinin paylanması ilə məhdudlaşmır. Birdəfəlik sosial yardımlar problemin həlli yolu deyil, daha qlobal tədbirlər görülməlidir».

Merab Caniaşvili
Qlobal tədbirlər deyəndə, prezidentin sözçüsü iş yerlərinin yaradılmasını nəzərdə tutduğunu açıqlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!