8 Aprel, 2014
İlhamə Quliyeva Mətanət İsgəndərlinin müdafiəsinə qalxdı – ÖZƏL

Simsar.az xəbər verir ki, bu gün Azərbaycanın əməkdar artisti Mətanət İsgəndərlinin narkotik aludəçisı olması ilə bağlı yayılan şaiyəyə Türk Dünyasının Sənət Kraliçası, Primadonna İlhamə Quliyeva münasibət bildirib. Əməkdaşımıza açıqlama verən sənətkar fikirlərini belə izah edib: "Tanınmış, göz önündə olan sənətçiyə sübutsuz böhtan atmaq, yaramazlıqdır. Üstəlik də həmin sənətçi qadındırsa. Mətanəti uzun illərdir ki, tanıyıram. Çox mədəni və yerini bilən xanımdır. Bu şəri yaxan insanları birmənalı olaraq qınayıram. Dünyasında inanmaram ki, Mətanət belə bir yolun yolçusu olsun. Onu gözdən salmaq istəyənlər Allah-Taaladan qorxsunlar. Mən Mətanətin yanındayam".

Şahin Cavadsoy


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!