8 Aprel, 2014
Maurinyo: “...PSJ növbəti mərhələyə çıxacaq”

Bu gün UEFA Çempionlar Liqasının ¼ final mərhələsində cavab görüşləri start götürəcək

Simsar.az xəbər verir ki, günün ən maraqlı mübarizəsi Londonda yaşanacaq. PSJ-ni qəbul edəcək “Çelsi” çətin sınaq qarşısındadır. Səfərdə 1-3 hesablı məğlubiyyət londonluların işini xeyli çətinləşdirib.

Görüş öncəsi mətbuat konfransında jurnalistlərin qarşısına çıxan Joze Maurinyo isə maraqlı fikirlərlə yadda qalıb. “Ötən oyun buraxdığımız 3-cü qola görə hələ də təəssüflənirəm. Həmin qol bugünkü oyunun taleyini həll edə bilər. Səhvsiz oynamalıyıq. Əks halda, PSJ növbəti mərhələyə çıxacaq”, - deyən protuqaliyalı mütəxəssis öz komandasını cütün favoriti hesab edir.

Qeyd edək ki, “Çelsi” – PSJ matçı bu gün saat 23:45-də başlayacaq.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!