8 Aprel, 2014
Zaqatalada narkotik alverçiləri yaxalandı

Zaqatala polisi növbəti uğurlu əməliyyatını həyata keçirib. Rayon Polis Şöbəsinin keçirdiyi axtarış- əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılaraq, istintaqa cəlb ediliblər.

Simsar.az xəbər verir ki, keçirilmiş əməliyyat zamanı Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini, 1988-ci il təvəllüdlü Şirinov Sabir Bəhram oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb. İstintaqa cəlb olunmuş şəxs barədə rayon məhkəməsində həbs qətimkan tədbiri seçilib.

Həyata keçirilən uğurlu əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Sabir Şirinov həmin narkotik maddəni Balakən rayon Qazma kənd sakini 1973-cü il təvəllüdlü Qarakişiyev Mayisdən alıb.

Faktla bağlı Zaqatala rayon polis şöbəsində araşdırmalar aparılır.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!