5 Mart, 2011
Misir düzəlir

Onlar referenduma hazırlaşır

Martın 19-da Misirdə konstitusiyaya düzəlişlər edilməsi üçün referendum keçiriləcək. Bunu martın 4-də Misir Silahlı Qüvvələrinin Ali Şurası bəyan edib.

Misir prezidenti Hüsnü Mübarək fevralın 11-də istefa verib. Ölkədə yanvarın sonlarından başlayan, toqquşmalarla müşayiət olunan, 385 nəfər ölməsi, 5 mindən çox insanın yaralanması ilə nəticələnən xalq hərəkatı sonda onu hakimiyyəti orduya təhvil vermək məcburiyyətində qoyub.

Misirdə konstitusiya referendumundan sonra parlament və prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur. Misir Silahlı Qüvvələrinin Ali Şurası martın 1-də bildirib ki, parlament seçkisi iyunda, prezident seçkisi avqustda keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!