8 Aprel, 2014
DƏHŞƏT: Diktator naziri diri-diri yandırdı

Şimali Koreyanın diktatoru Kim Çen In ictimai təhlükəsizlik naziri O Son Xona odsaçan silahla atəş açaraq yandırıb. Kommunistlər ölkəsinin naziri diktatorun dayısı Çan Son Txekaya yaxın olduğu səbəbindən “xalq düşməni” elan olunub.

Kim Çen In bəyan edib ki, “xalq düşməni” Txekaya İctimai Təhlükəsizlik Nazirliyinin şəxsi mühafizəsinə çevrilməsində kömək edib. Bundan əlavə, o guya Koreya Xalq Demokratik Respublikasında korrupsiya faktlarını gizlətməkdə günahkar bilinib.

Kim Çen In qəddarcasına edamdan sonra İctimai Təhlükəsizlik Nazirliyini buraxıb. Bundan əlavə, nazirliyin 11 vəzifəli şəxsinin də ya güllələndiyi, ya da həbs düşərgəsinə göndərildikləri bildirilir.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!