8 Aprel, 2014
Venger “Arsenal”dan gedir

Fransalı mütəxəssisin yayda klubu tərk edəcəyi gözlənilir

Simsar.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Arsen Venger növbəti mövsümdən başqa komandaya keçə bilər. Yayda müqavilə müddəti başa çatacaq mütəxəssisin “Arsenal”la danışıqlar apardığı, lakin razılıq əldə etmədiyi bildirilir. Müddətin uzadılması üçün yeni tələblər irəli sürən fransalı mütəxəssisin hansı qərarı verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, 64 yaşlı məşqçi 1996-cı ildən London təmsilçisini çalışdırır.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!