5 Mart, 2011
Prezident Soçiyə getdi

Azərbaycan prezidenti İlham Əliyev martın 5-də Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb

APA-nın məlumatına görə, dövlət başçısı Rusiya prezidenti Dmitri Medvedyev və Ermənistan prezidenti Serj Sarkisyanla Soçidə keçiriləcək üçtərəfli görüşdə iştirak edəcək. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri də qatılacaqlar. 

Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!