5 Mart, 2011
Sahibkar güllələndi

İki nəfər mağazaya basqın etdi

Bakıda mağazaya silahlı basqın olub. Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib. Hadisə martın 4-dən 5-ə keçən gecə, saat 02.00 radələrində, Novxanı bağlar massivində qeydə alınıb. Sumqayıt şəhər sakini, 33 yaşlı Emin Turabova məxsus “Murad” marketə daxil olan iki naməlum şəxs mağaza sahibinə odlu silahdan atəş açıb. Nəticədə sahibkar qolundan yaralanıb. 

Hadisə barədə polisə məlumat daxil olan kimi əməliyyat qrupu yaradılıb. Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!