5 Mart, 2011
O BU DƏFƏ HƏBSXANAYA DÜŞDÜ

Bəxtiyar Hacıyev 1 aylıq həbs-qəti imkan tədbirinə məruz qaldı

Onun həbsi “Facebook” dakı fəaliyyəti və hökumət əleyhinə fikirlərilə bağlıdır»

Keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev barədə növbəti “həbs olundu” xəbəri yayılıb. Bu dəfə gənc ictimai-siyasi həyatda fəal olan B.Hacıyev 1 aylıq həbs-qəti imkan tədbirinə məruz qalıb.

Həbs olunan şəxsin vəkili Səadət Seyidli “Azadlıq” radiosuna B.Hacıyeva zor tətbiq edildiyini də deyib.

Dünən səhər saatlarında B.Hacıyev Gəncə şəhər Nizami Rayon Polis Şöbəsində olub və oradan 2 saylı istintaq təcridxanasına aparılıb.

B.Hacıyevin qardaşı Vüqar Hacıyev evlərinə iki polis işçisinin gəldiyini deyir. Azadlıq.org saytı yazır ki, polislər onun “qardaşımı niyə axtarırsınız” sualına cavab verməyiblər. 

B.Hacıyevi parlament seçkisindən sonra ilk dəfə yanvarda hərbi xidmətdən yayınma ittihamıyla saxlanılıb. Onun dilindən iltizam alınaraq, barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

O, martın 4-də “Facebook” statusunda Azərbaycan polisinə müraciət yerləşdirib. Onları lazım anda düzgün seçim etməyə çağırıb.

Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!