5 Mart, 2011
Ramil Usubov şikayətçilərlə üz-üzə

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov rayonlara səfər edəcək

Simsar.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazir cari ilin mart ayının 15-də Şirvan şəhərində, mart ayının 26-da Quba rayonunda daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı vətəndaşların qəbulunu keçirəcək. 

Qəbulun keçirilmə qrafiki aşağıdakı kimidir:

Martın 15-də - Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Saatlı, Cəbrayıl.

Martın 26-da - Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı

Qeyd: Vətəndaşların qəbulu siyahıda birinci göstərilən şəhər-rayon polis şöbələrində keçiriləcək. Qəbul saat 11.00-da başlayır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!