8 Aprel, 2014
Windows XP fəaliyyətini dayandırır

Windows XP əməliyyat sistemi və Office 2003 proqramı tarixə qovuşmaq üzrədir. Simsar.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu gündən etibarən Microsoft şirkəti həmin proqram təminatlarına texniki dəstəyi dayandırır. 

Windows XP istifadəçiləri kompyuterlərini viruslardan, casus proqramlarından və digər təhlükələrdən qoruyan yenilənmələri artıq əldə edə bilməyəcəklər.

Windows XP istifadəçiləri əməliyyat sistemində işlərini davam etdirə bilərlər. Ancaq bununla belə, müəyyən risklər mövcud olacaq. Belə ki, istifadəçilərin şəxsi məlumatları oğurlana bilər.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!