5 Mart, 2011
Mourinyoya hücüm edildi, özünün xəbəri olmadı

Bıçaq cangüdəninə saplandı

Simsar.az-ın “BBC”yə istindən verdiyi məlumata görə, soyu silahla silahlanmış şəxs baş məşqçini bıçaqlamağa cəhd edib.

Hava limanında Mourinyoya yaxınlaşmağa cəhd edən kişini mühafizəçilərdən biri saxlayıb. Bu zaman mühafizəçi özü 4 santimetr uzunluğunda yara alıb. Amma o, yaralandığını ancaq hava limanını tərk edərək “Real”a məxsus avtobusa oturandan sonra bilib. Maurinyo özü isə hücum barədə bir neçə gün sonra xəbər tutub.

Hücum hələ fevralın 25-də İspaniyanın şimalındakı La-Korunya şəhərinin hava limanında baş verib. Baş məşqçi bu zaman azarkeşlərə avtoqraf paylayırmış. Hadisədən sonra təhlükəsizlik tədbirləri gücləndirilib. Amma mətbuata bununla bağlı informasiya verməmək barədə də qərar qəbul edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!