7 Aprel, 2014
Putin Suriyadakı terrorçulardan çəkinir

Rusiya prezidenti Vladimir Putin Suriya və Əfqanıstanda döyüşən terrorçu qrupların Rusiyaya istiqamətlənə biləcəyini deyib. Simsar.az xəbər verir ki, Rusiya Kəşfiyyat Federal Təhlükəsizlik Xidmətinin konfransında çıxış edən Putin, Rusiya və MDB ölkələrində yaşayan bir qrup varlığın beynlərinin yuyularaq terror təlimləri aldıqlarını və bundan narahat olduqlarını bildirib. Terrorçu radikal qruplara qarşı mübarizə aparılmasını istəyən Putin, Rusiyada da insanlara qarşı hücum ehtimalının böyük olduğunu qeyd edib. Putin həmçinin ötən il Volqoqradda yaşanan hadisələri xatırladaraq, terrorçu qrupların yalnız Şimali Qafqazda deyil, Volga bölgəsi və Mərkəzi Rusiyada da etnik birliklər və dinlər arasında təxribat törədə biləckləri barədə xəbərdarlıq edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!