7 Aprel, 2014
Xarkov da Donetskin yolu ilə gedir?

Simsar.az RİA Novosti-yə istinadən xəbər verir ki, Xarkov hakimiyyəti ruspərəst təşkilatlarla görüş haqqında razılığa gəlib. Yerli şuranın növbədənkənar görüşündə rus dilinin statusu və NATO-ya daxil olma, ərazinin federallaşması məsələləri müzakirə olunacaq. Görüşün nə vaxt olacağı məlum deyil.

Qeyd edək ki, federallaşma tərəfdarlarının etiraz aksiyaları Ukraynanın bir sıra şəhərlərində keçir. Donetsk artıq öz müstəqilliyi barədə sənəd imzalayıb.


Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!