5 Mart, 2011
İlyas İsmayılovun oğlunun appelyasiya şikayətinə baxılacaq

Martın 9-da Çelyabinsk məhkəməsi Etimad İsmayılovun appelyasiya şikayətinə baxılacaq

Bu barədə Simsar.az -a millət vəkili İlyas İsmayılov məlumat verib. Martın 25-də E. İsmayılovun həbs olunmasının 3 ili tamam olur.

Qeyd edək ki, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılov Çelyabinsk şəhər Mərkəz Məhkəməsi tərəfindən 9 il müddətinə azadlıqdan mərhum edilib.

E. İsmayılov barəsində Rusiya Cinayət Məcəlləsinin “çirkli pulların yuyulması” və “dələduzluq” maddələri ilə ittiham irəli sürülüb. O, “Avroasiya Sənaye-Maliyyə Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Bu şirkətə Çelyabinsk qubernatorunun himayəsində olan bir şirkətin 1 milyon dollar məbləğində borcu var. Arbitraj Məhkəməsindən həmin şirkətin Etimad İsmayılovun şirkətinə borcu olmasını təsdiqləyən sənəd də verilib.
E.İsmayılov 2008-ci il martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən “Domodedovo” hava limanında saxlanılıb. Etimad İsmayılov bütün bu ittihamları rədd edib.
E. İsmayılovun da ittiham olunduğu cinayət işi 2007-ci ildə qaldırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!