5 Mart, 2011
Qobustanda yeni muzeyin yaradılmasına 2 milyon manat ayrıldı

Prezidenti İlham Əliyev Qobustan Milli Tarix-Bədii Qoruğu muzeyinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Simsar.az-ın Azərbaycan Prezidentinin rəsmi saytına istinadən məlumatına görə, ölkə başçısı Qobustan Milli Tarix-Bədii Qoruğu muzeyinin yeni binasının tikintisi üçün 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 2,0 (iki) milyon manat vəsait ayrılmasını qərara alıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!