6 Aprel, 2014
Gülənin Azərbaycandakı məktəbləri Ərdoğanı CHP ilə üz-üzə qoydu

Türkiyə Cümhuriyyət Xalq Partiyası (CHP) sədrinin müavini Faruk Loğoğlu baş nazir Ərdoğanın xarici ölkələrdəki türk məktəblərinin bağlanması üçün göstərdiyi fəaliyyətə sərt münasibət bildirib.

Simsar.az-ın məlumatına görə, CHP sədrinin müavini Ərdoğanın bu fəaliyyətini qərəzli və hər cəhətdən yalnış bir addım kimi qiymətləndirib: “ Xaricdə həm türklərə həm də başqa millətlərə məxsus məktəblər var. Onların bağlanıb-bağlanmayacağı həmin ölkələrin bilavasitə öz qərarlarıdır.

Təbii ki, Azərbaycan onların bağlanması barəsində belə bir qərarı özü qəbul edəcək. Özbəkistanda belə məktəblər yoxdur. Rusiya isə bir vaxtlar belə məktəbləri bağladı, daha sonra onların açılması barəsində qərar qəbul etdi. O məktəblər özəl məktəblərdir. Xarici ölkələrdəki türk məktəblərinin bağlanması barəsində Türkiyə hökumətinin qərarları siyasidir və qərəzlidir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!