5 Mart, 2011
Əsir əsgərimizdən məktub

“Əsas odur ki, özünüzə fikir verin. Dərd-qəm çəkməyin. Allahın köməkliyilə hər şey qaydasına düşəcək” 

Ermənistan tərəfinə əsir düşən Azərbaycan Ordusunun kiçik çavuşu, 1985-ci il təvəllüdlü Roman Novruz oğlu Hüseynov ailəsinə məktub yazıb. Əsirin anası Natavan Babayevanın ANS PRESS-ə verdiyi məlumata görə, məktub dünən onlara Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən təqdim olunub.

“Salam. Necəsiniz? Məndə hər şey qaydasındadır. Heç bir problemim yoxdur. Sağlamlığım da qaydasındadır. Əsas odur ki, özünüzə fikir verin. Dərd-qəm çəkməyin. Allahın köməkliyilə hər şey qaydasına düşəcək. Öpürəm hamınızı. Sağ olun-salamat qalın”, deyə Roman məktubda bildirib.

Natavan xanım bildirdi ki, bu, Romanın artıq altıncı məktubudur.

Qeyd edək ki, kiçik çavuş Roman Hüseynov Daşkəsəndə N saylı hərbi hissədə manqa komandiri olaraq aprel ayından avqustun 22-ə qədər xidmət edib. O, 2010-cu ilin avqustun 27-də Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!