6 Aprel, 2014
Macarıstanda seçki günüdür

Bu gün Macarıstanda ümumi seçkilər keçirilir. 8 milyon seçici öz seçimini edəcək. Simsar.az-ın məlumatına görə, seçkilərdə parlamentdə yer almaq üçün 18 siyasi partiya yarışır. Bunlardan yalnız 4 partiya parlamentə daxil ola biləcək.

2010-cu ildə seçicilərin 65%-nn səsini qazanaraq hakimiyyətə gələn mərkəz-sağçı «Gənc Demokratlar» partiyasının bu seçkidə də azı 50% səs toplayaraq qalib olacağı gözlənilir.

Macarıstan Mərkəzi Seçki Komitəsinin qərarına əsasən, 1990-cı ildən bəri 2 turda keçirilən ümumi seçkiləri bu il 1 turda keçirilir. Seçki sistemində də bəzi dəyişikliklər edilib. Daha əvvəl 386 millət vəkili kürsüsü uğrunda mübarizə gedirdisə, indi bu rəqəm 199-a endirilib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!