5 Aprel, 2014
La Liqada "Atletiko" Madrid liderliyini qorudu - VİDEO

İspaniya La Liqasının liderləri "Atletiko" Mardid və “Barselona” futbol komandaları bu gün növbəti matçlarına çıxıblar.

Simsar.az-ın verdiyi məlumata görə, 32-ci turda "Land of fire Azerbaijan" formalı klub öz meydanında "Vilyareal"ı qəbul edib.

Qarşılaşma Madrid təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Bu qalibiyyətlə xalını 79-a yüksəldən Dieqo Simeonenin komandası turnir cədvəlində liderliyini qoruyub.

Qeyd edək ki, ikinci pillədə olan "Barselona" bu gün "Betis"i qəbul edərək 3-1 hesabı ilə qələbə qazanıb. Üçüncü sırada qərarlaşan "Real" (Madrid) isə "Real Sosyedad"ın qonağıdır. Oyunda 1-ci hissədə hesab hələ ki, 0-0-dır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!