5 Aprel, 2014
Azərbaycanlılarla ermənilər arasında kütləvi dava

İranın Şərqi Azərbaycan vilayətinin Culfa şəhərində yerli azərbaycanlılarla ermənilər arasında qarşıdurma baş verib.

Belə ki, bir qrup azərbaycanlı fəal Culfanın “Xaraba dəyirman” kilsəsini ziyarət etməyə gedib. Onların arasında Mehdi Kuxiyan, Babək Kiyumərsi, Mehdi Rzayi və Səid Sultani kimi tanınmış azərbaycanlı fəallar da olub. Ancaq azərbaycanlı fəallar kilsədə erməni nümayəndələrinin təhqirləri ilə üzləşiblər. Nəticədə tərəflər arasında münaqişə baş verib. Azərbaycanlı fəalların qarşıdurma zamanı müxtəlif xəsarətlər aldığı bildirilir.

İran təhlükəsizlik qüvvələri dərhal hadisə yerinə gəlib və münaqişənin böyüməsinin qarşısını alıblar. Ancaq azərbaycanlı fəallardan ikisi - M.Kuxiyan və S.Sultani həbs edilərək Culfa Şəhər Polis İdarəsinə aparılıb. Onlar bir müddət sonra azadlığa buraxılsa da, təhlükəsizlik qüvvələri tərəfindən döyüldükləri məlum olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!