5 Aprel, 2014
Rusiyalı general Azərbaycana gəlir

Aprelin 7-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.

Simsar.az-ın Müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun rəsmi səfəri aprelin 8-dək davam edəcək.

Qeyd edək ki, aprelin 8-də Bakı şəhərində MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasının keçirilməsi də planlaşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!