5 Aprel, 2014
Qanunsuz mərc oyunları təşkil edənlər saxlanıldı

Paytaxtın dörd rayonu ərazisində yerləşən obyektlərdə qanunsuz idman mərc oyunlarının təşkil olunması müəyyən edilib. Daxili İşlər Nazirliyindən Simsar.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Emin Əliyevin, həmyerliləri Tapdıq Fərəcov, Elşad Seyidov, Ağacan Nərimanov, Şəki rayon sakini Əfqan Xəlilov və Yevlax rayon sakini Fərdi Mehdiyevlə birgə paytaxtın Nəsimi, Səbail, Yasamal və Xətai rayonlarının ərazisində yerləşən obyektlərdə qanunsuz idman mərc oyunları təşkil etdikləri üçün saxlanılıblar.
Obyektlərə baxış zamanı müştərilər tərəfindən alınmış 229 ədəd qəbz kötüyü, onların qeydiyytının aparılması üçün 5 kompüter dəsti, 10 ədəd televizor, 5 ədəd printer, 1 ədəd modem və 2630 manat pul aşkar edilərək götürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!