5 Aprel, 2014
Yol qəzalarında 4 nəfər ölüb, 12 nəfər yaralanıb

Daxili işlər orqanları tərəfindən gün ərzində 72 cinayət faktı qeydə alınıb, onların da 27-si isti izlərlə açılıb. Dazili İşlər Nazirliyindən Simsar.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 12 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 26 nəfər tutulub.




Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!