5 Aprel, 2014
TQDK: Bu, bir sınaqdır

“Orta məktəb şagirdləri üçün keçirilən sınaq imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) üçün də sınaqdır”.


Simsar.az-ın xəbərinə görə, bu barədə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, sabahdan TQDK bu il üçün ilk dəfə olaraq sınaq imtahanı keçirəcək: “Bu imtahanlarda 50 minə yaxın abituriyentin iştirakı nəzərdə tutulur ki, bu da bir qrup üzrə imtahanlarda iştirak edəcək abituriyentlərin sayından daha çoxdur”.

E. Nağızadə qeyd edib ki, bu imtahanlara ayrılan yerlərin sayı əvvəlki illərlə müqayisədə artıb: “Sınaq imtahanları qəbul imtahanlarına uyğun aparılır. Bununla abituriyentlər qəbul imtahanına sınaq keçirlər. Biz ən ucqar məntəqələrdə də sınaq imtahanları keçirməyi planlaşdırırıq. Aprelin 20-də keçiriləcək sınaq imtahanlarında iştirak etmək üçün də qeydiyyat başlayıb. Artıq abituriyentlər qeydiyyatdan keçirlər”.

Aysel Kərimova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!