5 Aprel, 2014
Ankarada səslər yenidən sayılmayacaq

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) paytaxt Ankarada bələdiyyə səsverməsinin nəticələrinin yenidən sayılması haqda müraciəti rədd edib.

Simsar.az-ın verdiyi məlumata görə,Ankara Seçki İdarəsi müxalifətin səslərin yenidən sayılması tələbini qəbul etməyib.

Bələdiyyə seçkilərinin rəsmi nəticələri elan olunmayıb. Amma qeyri-rəsmi hesablamalara əsasən, hakim Ədalət və İnkişaf Partiyası (AKP) səslərin 45, CHP isə 25 faizini qazanıb.

Beləliklə baş nazir Rəcəb Tayyib Ərdoğanın partiyası Türkiyənin iki ən iri şəhərində - Ankara və İstanbulda nəzarəti əldə saxlayacaq.

Ərdoğanın idarəçiliyi üzərində referendum kimi qiymətləndirilən səsvermədə çox sayda qanun pozuntularının baş verdiyi bildirilir.

Aynur

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!