5 Aprel, 2014
TQDK videoçarx hazırlayıb

“Bəzən abituriyentlər ərizələri özləri doldurmur, bu işi başqalarına həvalə edir, bu zaman əlavə problemlər yaranır”.

Simsar.az xəbər verir ki, bunu TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, məhz bunu nəzərə alaraq TQDK elektron ərizənin doldurulması ilə bağlı 3 dəqiqəlik videoçarx hazırlayıb: “Yaxın günlərdə bu çarx televiziyalarda yayımlanacaq”.

E.Nağızadə qeyd edib ki, hazırda ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 6 minə qədər abituriyent ərizəsini təsdiq edib: “Ümumilikdə ali təhsil müəssisələrinin qəbul imtahanlarında iştirak edən abituriyentlərin 85%-nin ərizəsini internet üzərindən təsdiq etmək imkanı var. Qalanları isə ərizələri Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirə bilər”.

E.Nağızadə onu da əlavə edib ki, SQK-lar aprelin 7-dən fəaliyyətə başlayacaq və aprelin 30-dək davam edəcək: “Komissiyalar şənbə və bazar günləri istisna olmaqla işləyəcəklər. Ərizələrini təsdiq etdirmək istəyən abituriyentlər sənəd qəbulu komissiyalarına müraciət edə bilərlər”.

Aysel Kərimova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!