5 Aprel, 2014
Sabah güclü külək əsəcək

Yenidən qeyri-sabit hava şəraiti hökm sürəcək, güclü şimal küləyi əsəcək, bəzi ərazilərə qar yağacaq. Bu barədə Simsar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, aprelin 6-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında aprelin 6-da hava yağıntılı olacaq, bəzi yerlərədə sulu qar, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, güclü şimal-qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 7-12 dərəcə isti olacaq. Dağlara havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti proqnozlaşdırılır.



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!