5 Aprel, 2014
Taarif Şurası: “Premium Avro-95” markalı benzin bahalaşıb

Dünən bəzi saytlar benzinin bahalaşması barədə xəbər yayıblar. Xəbərə görə, bəzi yanaq doldurma məntəqlərində Aİ-95 markalı benzini 93 qəpiyə satılır. Tezliklə Aİ-92 markalı benzinin də bahalaşacağını bildiriblər. Bununla bağlıs Taarif Şurası ilə əlaqə saxladıq.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Simsar.az-a deyib ki, Taarif Şurası qiymətlərdə heç bir dəyişiklik etməyib.


Abbas Əliyev bildirib ki, 2 dekabr 2013-cü il tarixindən sonra ölkə daxilində qiymətləri tənzimlənən avtomobil benzininin pərakəndə satış qiyməti dəyişdirilməyib.
Hazırda Aİ-92 və Aİ-95 markalı avtomobil benzininin pərakəndə satış qiyməti bir litr üçün müvafiq olaraq 70 və 80 qəpikdir. Bunların qiymətində də dəyişiklik edilməsi gözlənilmir:“”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, idxal olunan Avro-5 ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri tarifləri dövlət tərəfindən tənzimlənən malların siyahısına aid edilməyib.

Bununla belə, yüksək avrostandartlara cavab verən avtomobil benzininin daha aşağı qiymətlərlə ölkəyə idxalına şərait yaradılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 fevral 2014-cü il tarixli qərarları ilə idxal olunan 95 və 98 oktanlı avtomobil benzinləri üçün gömrük rüsumları 15 faizdən sıfıra, aksiz dərəcələri isə bir ton üçün 250 ABŞ dollarından müvafiq olaraq 100 və 150 ABŞ dollarına endirilib.

Bütün bunlar yüksək avro standartlara cavab verən avtomobil benzininin (“Premium Avro-95” və “Super Avro-98”) nisbətən aşağı qiymətlərlə ölkəyə idxalına və sərbəst qiymətlərlə satışına imkan verir.
Bu isə ölkədə avtomobil benzininə artan tələbatın tam ödənilməsi və daxili bazarın yüksək ekoloji normalara cavab verən yanacaq məhsulları ilə təminatına şərait yaradır”.

Aynur






Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!