5 Aprel, 2014
Əcnəbi tələblər üçün dərs vəsaiti nəşr olunub

“Kitab Evi” İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədlinin “Azərbaycan dilinin lüğət tərkibindəki sözlərin üslubu layları (Əcnəbi tələbələr üçün dərs vəsaiti)” kitabı “MBM” nəşriyyatında çapdan çıxıb.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2014-cü il 10 mart tarixli 151 nömrəli əmri ilə dərs vəsaiti kimi təsdiq edilən kitabda dilimizin lüğət tərkibindəki sözlərin üslubundakı rəngarənglikdən söhbət açılıb. Həmçinin kitabda qohum türk dillərinin öyrənilməsində uyğun xüsusiyyətlərlə yanaşı, fərqli cəhətlərin də təhlili verilib. Kitabın əsas faydalı cəhəti də məhz Azərbaycan və türk dillərində işlədilən qarşılıqlı məqamların izahıdır.
Kitabın elmi redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi Nizami Cəfərovdur.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!