4 Mart, 2011
Əli Əliyev: “AXCP-də mənə işləyənlər var”

“Artıq partiyanın daxilinə uzanan əlləri kəsmişəm"

Vətəndaş və İnkişaf Partiyasından (VİP) qopmaların əsas səbəbi Xalq Cəbhəsi Partiyasının (AXCP) xüsusi iş aparmasıdır. Bu barədə cümə günü Trend-ə VİP sədri Əli Əliyev bildirib.

"Bir müddət əvvəl qərargahsız fəaliyyət göstərən Xalq Cəbhəsi Partiyasının bəzi üzvləri bizim qərargaha gəlib-gedirdilər. O vaxtdan mənim məlumatım var idi ki, kimlərlə və hansı istiqamətdə iş aparılır. Detallarına qədər kim tərəfindən idarə olunduğu barədə, mütəmadi toplantılar və aldıqları təlimat haqqında dəqiq və səhih məlumatım var. Çünki onların içində də mənim adamım var idi", - Əliyev əlavə edib.

Partiya sədri qeyd edib ki, VİP-dən getdikləri indi elan olunan şəxslər əslində üç ay öncə partiyadan gediblər.

Əliyev deyib ki, VİP-də istefa verənlərin sayı üç və ya dörd nəfərdən yuxarı qalxmayacaq: "Mən artıq partiyanın daxilinə uzanan əlləri kəsmişəm".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!