4 Mart, 2011
"LEYLA YUNUSUN ƏRİ ERMƏNİDİR" - "CAVAB VERMİRƏM, CİDDİ İŞLƏRLƏ MƏŞĞULAM"

Yapçı deputat informasiyanı Zərdüşt Əlizadədən aldığını deyir

Millət vəkili Siyavuş Novruzov hüquq müdafiəçisi Leyla Yunusun Ombudsman Elmira Süleymanova barədə mediada səsləndirdiyi fikirlərə kəskin reaksiya verib. Qeyd edək ki, bu günkü KİV-də Leyla Yunus Elmira Süleymanovanın fəaliyyətini ciddi tənqid edərək onun barəsində “koftası huququ pozulan insanların qanına bulaşıb” ifadəsini işlədib. 
Simsar.az saytına xəbər verir ki, bu ifadədən qəzəblənən YAP-çı deputat S.Novruzov kəskin sarkzam variantlarından çıxış edib. Leyla Yunusu ermənilərlə əlbir olmaqda ittiham edən YAP rəsmisi politoloq Zərdüşt Əlizadənin yazılarından sitat gətirərək hüquq müdafiçisinin həyat yoldaşnın erməni olduğunu iddia edib. 
“Zərdüşt Əlizadə yazıb ki, Leyla Yunusun əri ermənidir. Görün biz nə qədər tolerant ölkədə yaşayarıq ki, ermənilərin bizim vətəndaşların hüquqlarını müdafiəsinə imkan veririk”-deyə deputat ironiya ilə vurğulayıb.

Leyla Yunus Simsar.az -a açıqlamasında bildirib ki, o, bucür ittihamlara cavab vermək istəmir: "mən ciddi işlərlə məşğulam, Siyəvuş Novruzovun ittihamlarına cavab vermək istəmirəm"

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!