4 Mart, 2011
Əsgər barəsində yenə pis xəbər

Onu bu dəfə maşın vurdu

Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Muxax kəndi ərazisində qeydə alınıb. Muxax kənd sakini, 1985-ci il təvəllüdlü İlkin Məhəmməd oğlu Həmzəyev idarə etdiyi “Opel-Vektra” markalı, 10 VD 306 dövlət nömrə nişanlı avtomobillə yolun sağ hissəsi ilə hərəkət edən piyadaları vurub. Nəticədə Muxax kənd sakini, 1963-cü il təvəllüdlü Ömərov Famil İsmayıl oğlu aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Digər piyada, 1992-ci il təvəllüdlü Mamıyev Nurlan Telman oğlu isə müxtəlif bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilib. İlkin məlumata görə, hadisəyə havanın yağışlı olması və sürücünün sürət həddini aşaraq idarəetməni itirməsi səbəb olub. 
Qəza zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən N. Mamıyevin Azərbaycan Ordusunun əsgəri olduğu açıqlanıb. Məlumata görə, bir həftə əvvəl məzuniyyətə buraxılan N. Mamıyev sabah xidmətə qayıdacaqmış.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!