3 Aprel, 2014
Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi – FOTOREPORTAJ

“Bakı Expo” Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər ("AITF 2014") sərgisi start götürüb

Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən sərgi bu gün start götürüb və 3 gün davam edəcək. Simsar.az xəbər verir ki, sərgi iştirakçılarının 60%-dən çoxunu xarici iştirakçılar təşkil edir və onlar xüsusi olaraq Azərbaycan bazarı üçün işlənib hazırlanmış eksklüziv turizm təkliflərini təqdim edəcəklər.

Sərgidə milli stendlərin fəal iştirakı ilə yanaşı, Argentina, Bolqarıstan, Macarıstan, Yunanıstan, Gürcüstan, Dominikan Respublikası, Misir, Xorvatiya, Hindistan, İndoneziya, İtaliya, Çin, Malayziya, Mərakeş, Sloveniya, Stavropol Vilayəti, Tailand, Türkiyə, Soçi, Fransa, Çernoqoriya və Çexiyadan 24 milli və regional qrup iştirak edir.

Qeyd edək ki, bu gün və sabah sərgi yalnız rəsmi dəvətçilərin üzünə açıq olsa da, tədbirin 3-cü günü sadə vətandaşlar da fərqli turizm təklifləri ilə tanış ola biləcəklər.

Aqşin

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!