2 Aprel, 2014
Krımın hərbi dislokasiyası məlum oldu

Rusiya prezidenti Vladimir Putinin əmri ilə Krım Rusiyanın Cənub hərbi dairəsinin tərkibinə daxil edilib.

Simsar.az-ın məlumatına görə, bu barədə məlumat Rusiyanın rəsmi hüquqi məlumatlar portalında verilib.

Qeyd edək ki, Cənubi hərbi dairəsi Rusiya Federasiyasının cənubunu və Şimali Qafqaz regionunu əhatə edəcək. O, 2010-cu ildə təşkil edilib və Qara dəniz donanması da ona daxildir.

Krım Radasının təşəbbüsü ilə 2014-cü il martın 16-da yarımadanın Rusiyaya birləşdirilməsi ilə bağlı referendum keçirilib. Ukrayna və BMT bu referendumu tanımayıb və qanunsuz sayıb.

Amma buna baxmayaraq, Rusiya Dövlət Duması yarımadanın ilhaq edilməsi ilə bağlı qərar verib. Rusiya qoşunları Krımdakı Ukrayna hərbi bazalarını ələ keçirərək Ukrayna hərbçilərini yarımadadan çıxarıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!