2 Aprel, 2014
Xaçmazda iki məktəbli qız itkin düşdü

Xaçmaz rayonunda iki məktəbli qız itkin düşüb.

Simsar.az ANS PRESS-ə istinadən xəbər verir ki, Xaçmaz şəhər 1 saylı orta məktəbin 7-ci sinif şagirdləri Tağıyeva Jalə Bəxtiyar qızı qonşusu Arzu Cəlilova ilə birgə günorta təxminən saat 13:30-da dərsdən çıxdıqdan sonra evə qayıtmayıb.

Tağıyeva Jalənin dayısı Ənvər Məmmədovun sözlərinə görə, Jalə evdən 1200 manat pul götürüb.

Xaçmaz Rayon Polis Şöbəsinin müstəntiqi Valik Vəlimatov faktı təsdiqləyib və ANS PRESS-ə bildirib ki, itkin düşmüş məktəbli qızlar Xaçmaz rayon avtovağzalından Bakıya gediblər.

Hər iki məktəblinin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!