2 Aprel, 2014
Ukraynada təbii qazın qiyməti artırılacaq

Ukraynada təbii qazın qiyməti 73 faiz artırılacaq. Simsar.az-ın məlumatına görə, Ukrayna maliyyə naziri Aleksandr Şlapak mayin 1-dən etibarən vətəndaşların istifadə etdiyi təbii qazın qiymətinin 73 faiz artacağını açıqlayıb.

Nazirin sözlərinə görə, başqa yanacaq növlərinin də qiymətində 40 fazi artım olacaq.

Sosial-iqtisadi vəziyyəti pis olan təxminən 1 milyon Ukrayna vətəndaşına dövlətin dəstək verəcəyini bildirən Aleksandr Şlapak ölkənin bir sıra bölgələrində iqtisadi tarif tətbiq olunması səbəbiylə qiymətlər artırılmayacaq.

Qeyd edək ki, Ukrayna ilə bagladığı razılaşmaları ləğv edən Rusiya bu ölkəyə verdiyi təbii qazın min kubmetrinin qiymətini 268,5 dollardan 385,5 dollaradək artırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!