2 Aprel, 2014
Türklərin “Tvitter” cəhdi nəticə verdi

Bir neçə gün öncə Türkiyədə “Tvitter” sosial şəbəkəsinin fəaliyyətinə qoyulan qadağa insanların narazılığına səbəb olmuşdu. Bu narazılığı hüquqlarının pozulması kimi qəbul edənlərin bir qismi qadağa ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. 

Məhkəmə bir neçə dəqiqə öncə qərar qəbul edib. Simsar.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, qərara əsasən, “Tvitter”in qadağan edilməsi məhkəmə tərəfindən kommunikasiyanın məhdudlaşdırılması və ifadə azadlığının pozulması kimi qiymətləndirilib.
Hüquq pozuntusunun aradan qaldırılması və “Tvitter”in fəaliyyətinin bərpası üçün Konstitusiya Məhkəməsi qərarı TİB və Nəqliyyat, Dənizçilik və Xəbərləşmə Nazirliyinə göndərib.

Ülviyyə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!