2 Aprel, 2014
Ənvər Seyidov Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edildi

Ənvər Seyidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib. Simsar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb. Sərəncama əsasən,

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:

Ənvər Cümşüd oğlu Seyidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2014-cü il.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!