2 Aprel, 2014
İnfarkt keçirən dekanın vəziyyəti ağırdır

Azərbaycan Turizm İnstitutunun dekanı iş başında infarkt keçirib.

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından Simsar.az-a verilən məlumata görə, hadisə bu gün saat 18.00 radələrində qeydə alınıb.

Azərbaycan Turizm İnstitutunun dekanı, 62 yaşlı Nəsir Nəsirli infarkt diaqnozu ilə Kardiologiya İnstitutuna yerləşdirilib.

Onun vəziyyəti ağır qiymətləndirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!