2 Aprel, 2014
Azərbaycanda yaşayış evi partladı - Xəsarət alan var

Tovuzda təmir gedən evdə partlayış olub.

Simsar.az-ın qərb bürosunun məlumatına görə, Qaraxanlı kənd sakini, əlil, 42 yaşlı Bayram Məhərrəmov evində təmir işləri apararkən qaz balonu partlayıb.

Partlayış nəticəsində ağır xəsarətlər alan B. Məhərrəmov Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Daha sonra isə o, Bakıya – Respublika Yanıq Mərkəzinə göndərilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!