2 Aprel, 2014
Azərbaycanda Malayziyanın yeni səfirliyi açıldı

Bu gün Malayziyanın Azərbaycan Respublikasında yeni açılmış səfirliyinin müvəqqəti işlər vəkili Harris Bin Alvi Xarici İşlər Nazirliyində görüş keçirib. Simsar.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Malayziya arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və iki ölkə arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.  

Həmçinin Harris Bin Alvi Malayziyanın Azərbaycandakı səfirliyi və onun gələcək fəaliyyəti haqda məlumat verib.

Aynur Bayramova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!