2 Aprel, 2014
Elmar Məmmədyarov Türkmənistanın xarici işlər naziri ilə görüşdü

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Simsar.az xəbər verir ki, görüş əsnasında ölkələrimiz arasındakı əlaqələrin mövcud səviyyəsindən razılıq ifadə olunmuş və siyasi, iqtisadi, ticarət, mədəni və humanitar əlaqələrin daha da inkişaf etdirilməsi qeyd olunub.

Həmçinin nazirlər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunmuş və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Aynur Bayramova

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!