2 Aprel, 2014
“Sevgili canan” adlı solo konsertin mətbuat konfransı keçirilib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Əməkdar Artist Fidan Hacıyevanın aprelin 19-da Heydər Əliyev Sarayında reallaşacaq “Sevgili canan” adlı solo konserti ilə bağlı keçirilmiş mətbuat konfransı keçirilib. Simsar.az xəbər verir ki, sənətçini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının 150 nəfərdən ibarət simfonik orkestri müşayiət edəcək.

Jurnalistlərin suallarını cavablandıran Fidan Hacıyeva bildirib ki, konsertdə bir çox yeniliklər, improvizələr olacaq, opera ilə pop-caz musiqisi sintez ediləcək. Konsertin birinci hissəsində tamaşaçılara tanış əsərlər səsləndiriləcək, ikinci hissədə isə sırf romanslar təqdim olunacaq.

Qeyd olunub ki, konsertin dirijoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Xalq Artisti Cavanşir Cəfərovdur.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!