4 Mart, 2011
Sabirabadda idarə qapıları möhürləndi

Məhsul əməkdaşların ifadəsi alınıb

Azərbaycanın Baş Prokurorluğu Sabirabad rayonunda korrupsiyaya qarşı əməliyyat tədbirləri həyata keçirir. 

Bu barədə APA-ya Rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Müdafiə Mərkəzinin Sabirabad rayon şöbəsində yoxlamalar həyata keçirib. Nəticədə idarənin fəaliyyətində ciddi qanun pozuntuları və korrupsiya faktları aşkarlanıb. Bununla əlaqədar şöbənin qapıları möhürlənib. Hazırda şöbənin məsul əməkdaşlarının ifadəsi alınır.

Qeyd edək ki, Respublika Prokurorluğu ötən gün korrupsiya faktları ilə bağlı ölkədə ciddi tədbirlərin həyata keçirildiyi və 7 nəfər vəzifəli şəxsin həbs edilməsi barədə məlumat yayıb. Bundan başqa, Baş Prokurorluqda korrupsiya şikayətlərini qəbul etmək üçün “Qaynar xətt” fəaliyyətə başlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!