1 Aprel, 2014
Çempionlar Liqası : "Barselona" "Atletiko" Madrid-ə qarşı

Bu gecə futbol üzrə Çempionlar Liqasında 1/4 finalın oyunlarına start veriləcək.

Simsar.az-ın verdiyi məlumata görə, ilk oyun günündə iki matç baş tutacaq.

İspaniyada "Barselona" və "Atletiko" komandaları üz-üzə gələcək. İngiltərədəki oyunda isə "Mançester Yunayted" "Bavariya" ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, 1/4 finalın digər iki oyunu sabah axşam keçiriləcək.

1 aprel

Çempionlar Liqası, 1/4 finalın ilk oyunları

23:45. "Barselona" (İspaniya) - "Atletiko" (Madrid, İspaniya)

23:45. "Mançester Yunayted" (İngiltərə) - "Bavariya" (Almaniya)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!